Ötən il Ağdamda əhalinin sayı 3038 nəfər artmışdır
22 fevral 2014 | 11:00
Ötən il Ağdamda əhalinin sayı 3038 nəfər artmışdır Ötən il Ağdam rayonunda əhalinin sayı 3038 nəfər artaraq 188,4 min nəfərə çatmışdır. Ağdam Rayon Statistika İdarəsindən AzərTAc- bildirmişlər ki, əhalinin 48,7 faizini kişilər, 51,3 faizini qadınlar təşkil edir. 2013-cü il ərzində rayonda 3850 nəfər doğulmuş, 1083 nəfər vəfat etmişdir. Təbii artım 2767 nəfər, miqrasiya artımı 271 nəfər olmuşdur.