Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini COVID-19 əleyhinə peyvənd olunub
31 mart 2021 | 11:00
Respublikamızın hər yerində olduğu kimi, Ağdam da Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.
Bu gün Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəqani Nəzərova COVID-19 əleyhinə peyvəndin II dozası vurulmuşdur. Hazırda rayonda vaksinasiya prosesi davam etdirilir.