Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq media nümayəndələri Ağdama səfər ediblər

25 fevral 2021 | 11:00

Fevralın 25-də xarici media nümayəndələri işğaldan azad olunmuş Ağdam rayonuna səfər ediblər. Səfərdə məqsəd beynəlxalq medianın Xocalı soyqırımı haqqında daha ətraflı məlumatlandırılmasıdır.
Səfər çərçivəsində xarici jurnalistlər Xocalı soyqırımının şahidləri ilə görüşmüş, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə yaşanan dəhşəti birbaşa onların dilindən dinləmişlər.
Jurnalistlər əvvəlcə işğaldan azad edilmiş Ağdam Cümə məscidində olublar. 1992-ci ildə Xocalı faciəsinin baş verdiyi günlərdə Ağdamda şahidi olduğu dəhşətli mənzərələri əks etdirən fotolarını xarici media nümayəndələrinə göstərən dünya şöhrətli fotoqraf Reza Deqati, erməni faşistləri tərəfindən törədilən bu qətliamın insanlıq əleyhinə yönəldiyini vurğulayıb.

Keçidlər