Ağdamda 20 Yanvar şəhidləri anılır
20 Yanvar 2021-ci il tarixdə səhər saatlarından başlayaraq Ümumxalq Hüzn Günü Ağdam rayonunda şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önündə və şəhidlər xiyabanında xüsusi karantin rejimi qaydaları gözlənilərək, ara məsafəsi saxlanılmaqla 20 Yanvar şəhidləri anılır.
Ölkəmizin hər yerində olduğu kimi Ağdam rayonunda da 20 Yanvar şəhidlərinin 31-ci ildönümü ağdamlılar tərəfindən böyük ehtiramla yad olunur.
Ümumrayon anım mərasimində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov başda olmaqla, İcra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanları, idarə-müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, din xadimləri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, ictimaiyyət nümayəndələri abidə kompleksi önünə və şəhidlər xiyabanına tər qərənfil dəstələri düzərək 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad edir, ruhuna dualar oxuyurlar.