Şəhidimizin ikinci övladı dünyaya gəldi
11 yanvar 2021 | 11:00
Vətən müharibəsi şəhidi, MAXE Elçin Mahmmudovun oğlan övladı dünyaya gəlib.
Ağdam Rayon Mərkəzi Xəstəxanasında dünyaya göz açan şəhid övladı bu gün Rayon İcra Hakimiyyəti və ictimaiyyət nümayəndələrinin iştirakı ilə xəstəxanadan evə aparılıb.
Qeyd edək ki, Elçin Cəmil oğlu Mahmudov İkinci Qarabağ müharibəsi zamanı düşmən cəbhəsinin yarılmasında qəhrəmanlıq nümayiş etdirib. Azərbaycan Ordusunun MAXE- tankçısı oktyabrın 2-də torpaqların işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşərək şəhid olub.
Onun nəşi Ağdam rayonunun Quzanlı qəsəbəsində torpağa tapşırılıb.