Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin ideyaları əbədidir

08 fevral 2014 | 11:00

Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyatı,siyasi fəaliyyəti, Azərbaycan xalqı və dövləti qarşısında müstəsna tarixi xidmətlərinin təbliği ilə baglı respublikada keçirilən tədbirlər Ağdam rayonunda da davam etdirilir.
Ağdam rayon Heydər Əliyev Mərkəzində Ağdam Rayon İcra Hakimiyyətinin və rayon Təhsil Şöbəsinin təşkilatçılığı rayonun orta ümumtəhsil məktəblərinin on birinci sinif şagirdləri üçün “Heydər Əliyev siyasi irsinin dərindən öyrənilməsi və təbliği“ mövzusunda silsilə seminarlar təşkil olunur. Seminarlarda Ulu Öndərin həyat fəaliyyətinin müxtəlif aspektləri geniş təhlil edilir, dahi şəxsiyyətin siyasi irsinin, dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsinin əhəmiyyətindən danışılır.

Keçidlər