Milli Məclisin deputatı Ağalar Vəliyev 97 saylı Goranboy - Ağdam - Tərtər Seçki Dairəsinin seçicilərinə Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik ünvanlayıb.
Milli Məclisin deputatı Ağalar Vəliyev 97 saylı Goranboy - Ağdam - Tərtər Seçki Dairəsinin seçicilərinə Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik ünvanlayıb:
Dəyərli seçicilər !
Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, ailə səadəti və işlərinizdə uğurlar arzulayıram!
Qürur hissi ilə deyə bilərik ki, 2020-ci il Müstəqil Azərbaycanın tarixinə Zəfər ili kimi daxil olacaqdır. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə 44 günlik Vətən Müharibəsində böyük qələbə qazanılıb, işğal altında olan torpaqlarımız azad olunub və ölkəmizin ərazi bütövlüyü təmin edilib. Xalqımıza misilsiz sevinc hissləri bəxş edən bu möhtəşəm qələbə Azərbaycanın böyük siyasi, diplomatik və hərbi uğurudur.
Xalqımız yeni 2021-ci ili Qələbə sevinci ilə qarşılayır.
Qarabağ Azərbaycandır !
Bayramınız mübarək !