Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Azərbaycan Gəncləri Günü qeyd olunmuşdur

03 fevral 2014 | 11:00

“Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Ağdam rayonunun Quzanlı qəsəbəsində 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirilmişdir.AzərTAc xəbər verir ki, rayonun fəal gənclərinin iştirakı ilə keçirilən tədbirdə “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin həmtəsisçisi Zahid Əkbərov, rayon icra hakimiyyətinin məsul işçisi Xanım Əliyeva, gənclər və idman idarəsinin əməkdaşı Anar Əsgərov və başqaları gəncləri əlamətdar gün münasibətilə təbrik etmiş, ölkədə həyata keçirilən gənclər siyasətindən, rayonun ictimai-siyasi həyatında gənclərin rolundan danışmışlar.Bildirilmişdir ki, ümummilli liderimiz Heydər Əliyev gənclərə daim qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olaraq müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların dövlət quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması üçün əlverişli şərait və möhkəm hüquqi baza yaradılmışdır.Tədbirdə çıxış edənlər gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən razılıqlarını bildirmiş, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.
Tədbirin sonunda bir qrup fəal gəncə fəxri fərman verilmişdir.

Keçidlər