Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Ağdam rayonunda səfərdə olmuşlar
15 dekabr 2020 | 11:00
ÜST münaqişədən zərər çəkmiş bölgələrdə missiyasını davam etdirir. Dünən missiya üzvləri Ağdam rayonunda olub, yerli icra hakimiyyətini və müxtəlif səhiyyə müəssisələrini ziyarət edərək tibbi ehtiyacları öyrənmək üçün müzakirələr aparıb.
Nümayəndələr həmçinin, Üçoğlan və Qaradağlı kənd həkim məntəqələrinə baş çəkiblər.
Ziyarət edilmiş xəstəxanalara maska yardımı edilib və yerli icra hakimiyyətinə zərər çəkmiş ailələrə paylanması üçün gigiyena dəstləri verilib.