Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar hər bir azərbaycanlı üçün qürur mənbəyidir

22 yanvar 2014 | 11:00

Yanvarın 20-də Ağdam rayonundakı Şəhidlər abidə kompleksinin önündə anım mərasimi keçirilmişdir. AzərTAc xəbər verir ki, rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, əmək kollektivlərinin nümayəndələri, müharibə veteranları, şəhid ailələrinin üzvləri abidə önünə tər qərənfillər düzmüş, şəhidlərin ruhuna dualar oxunmuşdur. Mərasimdə çıxış edənlər keçmiş sovet imperiyasına rəhbərlik edən şəxslərin Azərbaycan xalqına qarşı yeritdiyi məkrli siyasətdən, xalqımızın düçar olduğu faciənin ağır nəticələrindən danışmışlar. Çıxışlarda 20 Yanvarın xalqımızın tarixinin həm faciəli, həm də şərəfli səhifəsi, hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu bildirmişdir.  Həmin gün Quzanlı qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün ehsan süfrəsi açılmışdır.

Keçidlər