Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonunun Təzəkənd kəndində tibb məntəqəsi istifadəyə verilmişdir

21 yanvar 2014 | 11:00

Ağdam rayonunun Təzəkənd kəndində Beynəlxalq Qızıl Xaç Komitəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən yeni inşa olunmuş tibb məntəqəsi istifadəyə verilmişdir.AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər rayonda səhiyyənin maddi-texniki bazasının müasirləşdirilməsi, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışmışlar. Qeyd olunmuşdur ki, son illər mərkəzi rayon xəstəxanası, uşaq xəstəxanası, doğum evi, təcili və təxirəsalınmaz tibbi yardım stansiyası üçün binalar tikilib istifadəyə verilmiş, poliklinika şöbəsi əsaslı təmir olunmuş, səhiyyə müəssisələri müasir avadanlıqlarla təmin edilmişdir.Tədbirdə çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Sonda iştirakçılar tibb məntəqəsində yaradılan şəraitlə tanış olmuşlar

Keçidlər