Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonunda kəndarası yolların təmiri işləri davam etdirilir

18 sentyabr 2020 | 11:00

Ağdamda yol infrastrukturunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür. Rayon mərkəzi ilə yanaşı kəndlərdə də yolların abadlığına xüsusi diqqət yetirilir.
Rayon İcra Hakimiyyəti tərəfindən Eyvazlı kəndinin uzun illərdir əsaslı təmirə ehtiyacı olan daxili yolları əsaslı şəkildə təmir edilir. Belə ki, yolun genişləndirilməsi işləri aparılmış, yol qum-çınqıl qarışığı ilə hamarlanmış və yola asvalt örtüyü salınır.
Kəndarası yolun əsaslı şəkildə təmir edilməsi sakinlər tərəfindən razılıq və minnətdarlıq hissi ilə qarşılanıb.

 

Keçidlər