Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyəti və ''PAŞA Holding” MMC-nin birgə təşkilatçılığı ilə Ağdam rayonunun təmas xəttində yerləşən kəndlərində yaşayan 300 ailəyə ərzaq yardımı paylanılıb.

18 avqust 2020 | 11:00

Ağdam Rayon İcra Hakimiyyəti və "PAŞA Holding” MMC-nin birgə  təşkilatçılığı  ilə Ağdam rayonunun təmas xəttində yerləşən kəndlərində yaşayan 300 ailəyə ərzaq yardımı paylanılıb.
Ağdam Rayon İcra Hakimiyyəti və Paşa Holding” MMC-nin birgə təşəbbüsü ilə aztəminatlı ailələr üçün sovqat aksiyası təşkil edilib.
Aksiya iştirakçıları gündəlik ərzaq məhsullarından ibarət 300 ədəd sovqat  bağlamanı yaşı 65-dən yuxarı tənha yaşayan ahıllara, fiziki məhdudiyyətli şəxslərə, Qarabağ qazilərinə, şəhid və sosial müdafiəyə ehtiyacı olan az təminatlı ailələrə çatdırıb.
Keçirilən belə sosial aksiyalar ölkəmizdə Koronavirus (COVİD-19) pandemiyası dövründə milli həmrəyliyin güclənməsinin növbəti təzahürü və yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərin, şəhid ailələrinə və aztəminatlı ailələrin rifahına dəstək sahəsində dövlətin apardığı işlərə bir daha dəstək oldu.⠀
Ağdam  rayon  sakinləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısının "Biz birlikdə güclüyük!” çağırışı əsasında reallaşan aksiyanın təşkilatçılarına öz minnətdarlıqlarını ifadə ediblər.

 

 

Keçidlər