Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonunda koronavirus(COVİD-19) pandemiyasının qarşısının alınması məqsədilə reydlər davam etdirilir

07 iyul 2020 | 11:00

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, rayon polis şöbəsinin rəisi Pərviz İsmayılov, rayon prokuroru Vasif Süleymanov mobil qrupun üzvləri ilə birlikdə
Respublika Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabineti yanında Operativ Qərargahın sərtləşdirilmiş karantin rejimi tətbiq edilməyən bölgələrdəki vəziyyətlə bağlı Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən geniş tərkibli videomüşavirədə verilən tapşırıqlara uyğun olaraq rayon ərazisində növbəti reyd keçiriblər. Onlar sakinlərlə, ictimai
nəqliyyatdan istifadə edən sərnişinlərlə, qida məhsulları satılan ticarət obyektlərində, ictimai-iaşə obyektlərində çalışan şəxslərlə görüşüb, vətəndaşlarla maarifləndirici söhbətlər aparıblar.
Sakinlərə xəstəliyin yayılmasının qarşısının alınması üçün sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, gigiyenik qaydalara düzgün riayət olunması tövsiyyə olunub.
Karantin qaydalarına əməl etməyənlərin haqqında ciddi şəkildə inzibati cəza tədbirləri görüləcəyi diqqətə çatdırılıb.
Hazırda Nazirlər Kabineti yanında Operativ qərərgahın göstərişinə əsasən rayonda koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün hər birində 4-5 nəfər olmaqla 18 mobil qrup fəaliyyət göstərir.
Bundan başqa Azərbaycan Respublikası Nazırlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərar və sərəncamlarına uyğun olaraq koronovirus pandemiyasına qarşı mübarizə tədbirlərinin tətbiq olunmasına nəzarəti gücləndirmək məqsədilə rayon ərazisində mütəmadi olaraq reydlər davam etdirilir.

 

 

Keçidlər