Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonunda qanvermə aksiyası keçirilib

07 iyul 2020 | 11:00

Bu gün Milli Hematologiya və Transfuziologiya Mərkəzi Qan Bankının Mingəçevir Bölməsinin əməkdaşları tərəfindən Ağdam Mərkəzi Rayon Xəstəxanasında qanvermə aksiyası keçirilib.  Aksiyanın məqsədi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xeyirxah çağırışına qoşularaq Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin rejimində qan ehtiyatı azalan talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq olub. Qanvermə aksiyasında  Ağdam Rayon İcra Hakimiyyətinin, İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin,idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Keçidlər