Milli Məclisinin deputatı Ağalar Vəliyevin Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə seçicilərinə təbriki
Milli Məclisinin deputatı Ağalar Vəliyevin Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə seçicilərinə təbriki
Hörmətli seçicilər !
Sizi - 97 saylı Goranboy - Ağdam - Tərtər Seçki Dairəsinin seçicilərini 15 iyun - Milli Qurtuluş Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm və ən xoş arzularımı çatdırıram.
Doğma Azərbaycanımızın ən əlamətdar günlərindən biri olan 15 iyun xalqımızın yeni tarixinin yaradıcısı, müstəqil dövlətçiliyimizin banisi, Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Çağdaş tariximizdə müstəsna yeri olan Ümummilli Liderimiz azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi öz müdrik siyasəti, dönməz əqidəsi və dahiyanə uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasını gerçəkləşdirmiş, müasir Azərbaycan dövlətinin qurulmasma və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur.
Dahi siyasətçi Heydər Əliyevin əsasını qoyduğu ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən son 17 il ərzində dünyanın qlobal çağırışlarına uyğun olaraq uğurla davam etdirilməsi Azərbaycanı Avroatlantik məkanda mühüm strateji mərkəzə, Cənubi Qafqaz regionunun liderinə, sürətlə tərəqqi edən, beynəlxalq aləmdə böyük nüfuzu olan, transmilli layihələri reallaşdıran və mötəbər tədbirlərə ev sahibliyi edən qüdrətli dövlətə çevirmişdir.
Azərbaycan Respublikasının müstəqilliyinin tarix baxımından qısa zaman kəsyində müasir həyatımızın bütün sahələrində qazandığı yüksək nailiyyətlər sözün həqiqi mənasında möhtəşəmdir. Bu gün hər bir azərbaycanlı bu misilsiz uğurlarla fəxr edir və haqlı olaraq öz dövləti ilə qürur duyur.
Dəyərli seçicilər !
Hamınızı bir daha xalqımızın Milli Qurtuluş Günü münasibətilə təbrik edir, sizə möhkəm can sağlığı, ailə səadəti, xoşbəxtlik, müstəqil Azərbaycanımızın gələcək inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Bayramınız mübarək !