Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakiniyyətinin başçısı onlayn müşavirə keçirib

05 iyun 2020 | 11:00

Ağdam Rayon İcra Hakimiyyəti başçısı qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin iştirakı ilə növbəti onlayn müşavirə keçirib.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 03 iyun 2020-ci il tarixli məlumatı ilə əlaqədar təşkil olunan müşavirəyə inzibati ərazi dairəsi üzrə nümayəndəliklər qoşulublar.
Müşavirə zamanı rayon rəhbəri bildirib ki, COVID-19 virusunun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin müəyyən günlərdə sərtləşdirilməsi qərara alınıb. Belə ki, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılaraq qısaldılmış iş rejimi müəyyən edilib.
Müşavirədə rayon rəhbəri nümayəndələrə sakinləri sosial məsuliyyətdən irəli gələn həmrəylik nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına əməl etməyə, sağlamlıqlarını qorumağa çağırışlar edən təbliğat işlərini daha da artırmağı tapşırıb və eyni zamanda qoruyucu vasitələrdən istifadənin vacib olması barədə məsul şəxslərə tapşırıq və tövsiyələrini verib.

Keçidlər