Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda yüzlərlə insana pulsuz tibbi qoruyucu vasitələr paylanıldı

19 may 2020 | 11:00

Koronavirus pandemiyası dövründə əhalinin sağlamlığının qorunması məqsədilə Ağdam rayonunda xüsusi aksiya keçirilib. Aksiya zamanı minlərlə rayon sakininə pulsuz tibbi maskalar, əlcəklər paylanılıb. Aksiya Ağdam rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə könüllülər tərəfindən həyat keçirilib. Bankların, poçtların və əhalinin gur toplandığı digər ictimai məkanlarda insanlara maskalar, əlcəklər paylanılıb. Aksiyanın əsas məqsədi əhalinin qoruyucu vasitələrə olan tələbatını ödəməkdir. Bu mənada əhalinin həssas təbəqə nümayəndələri olan aztəminatlı ailələrin müdafiəsi xüsusi önəm daşıyır.
Ağdam rayon İcra Hakimiyyəti hər kəsi karantin şərtlərinə riayət edərək tibbi maska, əlcək və spirtdən istifadə etməyə və infeksiyaya birlikdə qalib gəlməyə çağırır.
Ağdam rayonunda koronavirus pandemiyası ilə mübarizə çərçivəsində mütəmadi qaydada tibbi-profilaktiki və dezinfeksiya tədbirləri davam edir. Sistemli şəkildə prospekt və küçələt yuyulur, həmçinin məişət tullantıları üçün meydançalar kimyəvi maddələrlə dezinfeksiya edilir.

Keçidlər