Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda xeyriyyə tədbirləri davam etdirilir

18 aprel 2020 | 11:00

Əhalinin müxtəlif təbəqələrinin, o cümlədən imkanlı şəxslərin,sahibkarların koronavirusa qarşı mübarizə tədbirlərinə dəstək verməsi, sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyinə bilavasitə təsir edən xüsusi əhəmiyyətli məsələlərdəndir. Respublikanın hər yerində olduğu kimi, Ağdam rayonunda da gündəlik davam edən xeyriyyə tədbirləri sosial məsuliyyəti, dövlət-vətəndaş birliyini əks etdirən əsas amillərin bariz göstəricisidir.
Ağdam rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ahıl, kimsəsiz və daha çox ehtiyacı olan insanlara hər gün baş çəkilir, onlara ərzaq yardımı göstərilir. Bu tədbirlərdən biri də Ağdam rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə tanınmış xanəndələr xalq artisti Mənsum İbrahimov, əməkdar artist Təyyar Bayramov və tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı tərəfindən həyata keçirilib, imkansız, daha çox ehtiyacı olan ailələrə baş çəkilib, onlara ərzaq bağlamaları paylanılıb.

 

 

Keçidlər