Ağdamda xeyriyyə tədbirləri gündəlik davam etdirilir
04 aprel 2020 | 11:00
Əhalinin müxtəlif təbəqələrinin, o cümlədən imkanlı şəxslərin koronavirusa qarşı mübarizə tədbirlərinə dəstək verməsi, sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyinə bilavasitə təsir edən xüsusi əhəmiyyətli məsələlərdəndir. Respublikanın hər yerində olduğu kimi, Ağdam rayonunda da gündəlik davam edən xeyriyyə tədbirləri sosial məsuliyyəti, dövlət-vətəndaş birliyini əks etdirən əsas amillərin bariz göstəricisidir.
Belə ki, Ağdam rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Ölkə xaricində yaşayan Ağdamlılar tərəfindən ahıl, kimsəsiz və daha çox ehtiyacı olan olan insanlara baş çəkilib, onlara ərzaq yardımı göstərilib.