Şriftin ölçüsü :

Saytın rəngi :

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri Ağdamda yüksək səviyyədə icra olunur.

04 aprel 2020 | 11:00


Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi xüsusi karantin rejiminin tələb və tövsiyyələrinə rayonda ciddi əməl olunur. Operativ Qərargahın qərarına uyğun olaraq Ağdam rayonunda bütün park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədi ilə giriş məhdudlaşdırılıb.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi, rayonda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması üçün rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəlikərinin, bələdiyyələrin nümayəndələrindən ibarət 2-3 nəfərlik mobil qruplar yaradılıb.
Rayonda, eyni zamanda genişmiqyaslı dezinfeksiya işləri davam edir. Yaşayış məntəqələrində, həyətlərdə, qeyri-yaşayış obyektlərində dezinfeksiya işləri mütəmadi həyata keçirilir.

Keçidlər