Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamın təmas xəttində yerləşən kəndlərində müharibə zamanı dağılmış evlər bərpa edilir

08 yanvar 2014 | 11:00

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ağdam rayonunun cəbhə xəttində yerləşən kəndlərində dağıdılmış və zərər çəkmiş evlər bərpa edilir. AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən rayonun təmas xəttindən 3 kilometr məsafədə yerləşən Orta Qərvənd, Ayaq Qərvənd, Mirəşelli, Əhmədağalı və Zəngişalı kəndlərində 111 evin təmiri və 43 evin yenidən tikilməsi üçün sakinlər lazım olan bütün tikinti materialları ilə təmin olunmuşlar. Bəzi evlərdə bərpa və tikinti işləri artıq başa çatmaq üzrədir.
Qeyd edək ki, 2011-2012-ci illərdə rayonun Çıraqlı və Orta Qərvənd kəndlərində müharibə nəticəsində zərər çəkmiş 66 ev təmir olunmuş, 38 yeni ev tikilmişdir.
Növbəti mərhələdə rayonun təmas xəttində yerləşən digər kəndlərində də müharibədən zərər çəkmiş insanların evləri bərpa ediləcəkdir.

Keçidlər