Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonunda Koronavirusla Mübarizəyə Dəstək Fonduna 45 min manatdan çox vəsait köçürülüb

31 mart 2020 | 11:00

Ağdam rayonunda Koronavirusla Mübarizəyə Dəstək Fonduna 45 min manatdan çox vəsait köçürülüb
 

Ağdam Rayon İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələr, idarə, müəssisə və təşkilatlar koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürülən təşəbbüsə qoşulublar.

 Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna, ümumilikdə, 45 min 750 manat vəsait köçürülüb.

Keçidlər