Ağdam rayonunda koronavirusla bağlı maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə yaradılan mobil qruplar vasitəsilə əhali arasında təbliğat işləri davam etdirilir.
Ağdam rayonunda koronavirusla bağlı maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə yaradılan mobil qruplar vasitəsilə əhali arasında təbliğat işləri davam etdirilir.
01 aprel 2020-ci il tarixdə Ağdam Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının da daxil olduğu mobil qrupların üzvləri polis əməkdaşları ilə birlikdə rayonun müxtəlif ərazilərində sakinlərə fərdi izahetmə-xəbərdarlıq işləri apararaq onlara şəxsi gigiyena qaydalarına əməl etməyi, özünütəcrid tədbirlərinə uyğun davranmağı, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağı, digər şəxslərlə minimum kontaktda olmağı, insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə etmişlər.
Məlumat üçün bildiririk ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi, rayonda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması üçün rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəliklərinin habelə digər qurumların nümayəndələrindən ibarət mobil qruplar yaradılmışdır. Tədbirlər müntəzəm olaraq davam etdirilir.