Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının peşə bayramı qeyd edilib

13 fevral 2020 | 11:00

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının peşə bayramı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət xidməti rayon şöbəsi əməkdaşlarının, hüquq mühafizə və ədliyyə orqanları rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsində qeyd edilib.
İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Tədbiri giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin rəisi Elxan Feyziyev Dövlət Xidmətinin keçdiyi qısa yoldan və Ağdam şöbəsinin fəaliyyətindən danışıb.
Daha sonra çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Dövlət xidmətinin rayon şöbəsi əməkdaşlarının timsalında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bütün şəxsi heyətini peşə bayramı münasibətilə təbrik edib, onlara dövlətə, orduya, xalqa xidmətdə yeni-yeni uğurlar arzulayıb.
Digər çıxış edənlər xidmət əməkdaşlarını təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıblar.
Tədbirin sonunda şöbənin bir neçə əməkdaşı Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı və pul mükafatı ilə təltif ediliblər.

Keçidlər