Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 16-da Ağdam rayonu ərazisində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, onun səhra köməkçiləri Saymon Tiller və Martin Şuster keçiriblər.
Monitorinq qrupu ilk öncə Ağdam rayon İcra Hakimiyyətində olub, İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənovla görüşüblər. Rayon İcra Hakimiyyətinin başçısı cəbhə xəttində baş verənlərlə bağlı qonaqlara geniş məlumat verib.