Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonunda bulaq və subartezian quyusu istifadəyə verilib

24 dekabr 2019 | 11:00

Quzanlı qəsəbəsində “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin təşəbbüsü, Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə tikilən bulağın və yeni qazılan subartezian quyusunun açılışı olub.
Rayon ictimaiyyətinin və qəsəbə sakinlərinin iştirak etdiyi mərasimdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə Əsədova, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu, rayon Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılov və başqaları çıxış edərək, sakinləri subartezian quyusunun və bulağın istifadəyə verilməsi münasibətilə təbrik edib, xeyriyyə tədbirini yüksək qiymətləndiriblər. Bildirilib ki, bundan əvvəl də Ağdam rayonunun Quzanlı, Bənövşələr qəsəbələrində və Əhmədağalı kəndində İctimai Birlik tərəfindən qazılmış subartezian quyuları və bulaqlar istifadəyə verilib.
Qəsəbə sakinləri xeyirxah işə görə təşkilatçılara təşəkkür ediblər.

Keçidlər