Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun İmamqulubəyli köçkün qəsəbə sakinləri ilə növbəti səyyar-qəbul görüşü keçirilib.

13 dekabr 2019 | 11:00

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənovun İmamqulubəyli köçkün qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib
Hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi səyyar-görüşdə rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli üçün  həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirmişdir.
Qəsəbə sakinlərindən şəhid ailəsi Xöşbəxt Quliyeva, Məcid Əbilov, Oruc Əsədov, Qabil Əsədov, Mustafa Şükürov, Qərənfil Məstanova və başqaları əhalinin həyat şəraiti,  rayonda gedən sosial-iqtisadi inkişafdan köçkün qəsəbələrinin də daim diqqət mərkəzində saxlanılmasından razılıqlarını ifadə edərək  bəzi problemlərinin olması barədə məlumat veriblər. Sakinlər çıxışlarında qəsəbəyə telefon xəttinin çəkilişinin davam etdirilməsi, ailə üzvlərinin sayı çox olan ailələr əlavə evlə təmin olunmaları, iş, sosial məsələlər və  digər şəxsi problemlərin həll olunmasına ehtiyaclarının olduğu diqqətə çatdırılıb.
Vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsi rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov  tərəfindən  yerində həll edilib, digər məsələlərin həlli istiqamətində isə əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerində göstərişlər verilərək onların həlli nəzarətə götürülmüşdür.

Keçidlər