Ağdam rayonunda “Gənclərin Könüllülük və İnkişaf Düşərgəsi” layihəsi keçiriləcək.
25 – 27 oktyabr 2013 – cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi , Azərbaycan Könüllülər İctimai Birliyinin dəstəyi ilə “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi tərəfindən Ağdam rayonunda “Gənclərin Könüllülük və İnkişaf Düşərgəsi” layihəsi keçiriləcək.
“Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin sədri Amil Cavadov bildirmişdir ki, 60 nəfər gənci bir araya gətirəcək “Gənclərin Könüllülük və İnkişaf Düşərgəsi” layihəsi çərçivəsində gənclərin könüllü fəaliyyəti təbliğ olunmaqla yanaşı, yeniyetmə və gənclərin könüllülük işinə olan həvəsi artırılacaq, onlar üçün xüsusi təlimlər keçiriləcəkdir. Bununla da, gənclərin könüllü olaraq fəaliyyət göstərməsi onların fərdi inkişaflarına müsbət təsir göstərəcək və eyni zamanda vətəndaş cəmiyyətinin təşəkkülündə ayrılmaz təbəqəyə çevriləcəklər. Könüllü olaraq fəaliyyət göstərən yeniyetmə və gənclər birbaşa olaraq asudə vaxtlarını səmərəli şəkildə dəyərələndirmiş olacaqlar.
“Gənclərin Könüllülük və İnkişaf Düşərgəsi” nin keçirilməsində başlıca məqsəd ölkəmizdə, xüsusilə də, Qarabağ regionunda gənclərin könüllü fəaliyyətinin həvəsləndirilməsinə nail olmaq, könüllü şəbəkəsinin yaradılmasına töhfə vermək, beynəlxalq könüllülük proqramlarını təbliğ etmək və ölkəmizdə tətbiq etməkdən ibarətdir.
Məlumat üçün bildirək ki, “Gənclərin Könüllülük və İnkişaf Düşərgəsi”
layihəsinin açılış mərasimi 25 oktyabr 2013 – cü il tarixində saat 15:00 da Ağdam rayonu Quzanlı qəsəbəsində keçiriləcəkdir.