Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Abşeron rayonu Masazır qəsəbəsi ərazisində müvəqqəti məskunlaşan məcburi köçkünlərlə növbəti səyyar qəbul-görüş keçirib.

30 noyabr 2019 | 11:00

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Abşeron rayonu Masazır qəsəbəsi ərazisində müvəqqəti məskunlaşan məcburi köçkünlərlə növbəti səyyar qəbul-görüş keçirib.
Təhsil, səhiyyə, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi görüşdə ölkəmizin və rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür səyyar qəbul-görüşlərin önəmli olduğunu bildirdi.
Məcburi köçkün sakinlərdən Elxan Rüstəmov, Efrazi Səmədova, Mehman İsmayılov, Elza Həsənova, Əfsanə Eyvazova və başqaları əhalinin həyat şəraiti, ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan, qaçqın və məcburi köçkünlərimizin də daim diqqət mərkəzində saxlanılmasından, digər yerlərdə olduğu kimi Abşeron rayonu Masazır qəsəbəsi və rayonun digər ərazilərində müvəqqəti məskunlaşan məcburi köçkün insanlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək bəzi problemlərin olması barədə də məlumat veriblər. Sakinlər çıxışlarında əsas olaraq müxtəlif səbəblərdən çörək pulu müavinəti dayandırılan məcburi köçkünlər müavinətinin bərpasına, qəsəbə ərazisində mərasim evinin tikilməsinə və digər şəxsi məsələlərinin həllinə ehtiyaclarının olduğunu diqqətə çatdırıblar. Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatlar qarşısında məsələ qaldırılacağını bildirib.

Keçidlər