Şriftin ölçüsü :

Saytın rəngi :

İstanbul NS klinikası Ağdam rayonunda tibbi aksiya keçirib

25 noyabr 2019 | 11:00

Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatı dəstəyi ilə İstanbul NS klinikası Ağdam rayonunun Quzanlı qəsəbəsində Mərkəzi Rayon Xəstəxanasında uşaqlar və böyüklər üçün tibbi xeyriyyə aksiyası keçirib.
Aksiya çərçivəsində İstanbul NS klinikasının 10-dan çox tibb işçisindən ibarət briqadası Ağdam rayonuna ezam olunub. Yüksək ixtisaslı həkimlər burada müasir tibbi avadanlıqlarla pasiyentləri müayinə ediblər. Müayinəyə 250-dən çox pasiyent cəlb olunub.
Qeyd edək ki, İstanbul NS klinikasının həkimləri tərəfindən aparılan müayinələr zamanı səhhətində problem aşkarlanan pasiyentlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub. Tibbi aksiyanın məqsədi cəbhə bölgəsi olan Ağdam rayonunda yaşayan əhalinin ən yüksək texnologiyalar əsasında diaqnostik tibbi müayinəsinə, eləcə də yaşadıqları ərazidə yüksək keyfiyyətli səhiyyə xidmətindən istifadə etməsinə imkan yaratmaqdır.

Keçidlər