Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Xudu Məmmədov adına parkın açılışı olmuşdur

24 oktyabr 2013 | 10:00

Ağdam rayonunun Quzanlı qəsəbəsində tanınmış alim Xudu Məmmədovun adını daşıyan parkın açılışı olmuşdur. AzərTAc xəbər verir ki, rayon ictimaiyyətinin iştirakı ilə keçirilən açılış mərasimində çıxış edənlər vətənpərvər alimin həyat və yaradıcılığından, eləcə də son illər Ağdam rayonunda aparılan abadlıq-quruculuq işlərindən danışmış, göstərilən qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.  Sonra parkın açılışını bildirən rəmzi lent kəsilmiş, iştirakçılar burada yaradılan şəraitlə tanış olmuşlar. 3400 kvadratmetr sahəni əhatə edən parkda yaraşıqlı fəvvarə quraşdırılmış, oturacaqlar qoyulmuş, göz oxşayan yaşıllıqlar salınmışdır. Park müasir işıqlandırma sistemi ilə təchiz edilmişdir.

Keçidlər