Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam məktəblilərini Lənkəran-Masallı-Astara bölgəsində maraqlı ekskursiyalar gözləyir

18 noyabr 2019 | 11:00

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Ağdam rayonunun məktəbliləri Lənkəran-Masallı-Astara marşrutu üzrə ekskursiyaya başlayıblar.
Məktəblilərlə keçirilən görüşdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov çıxış edərək, layihənin yeniyetmə və gənclərin dünyagörüşünün formalaşmasında, biliklərinin artırılmasında, vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, artıq altıncı ildir Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Noyabrın 13-16 və 18-21 tarixlərini əhatə edən növbəti 12-ci tur-aksiyada 4 istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3 min 190 nəfər iştirak edəcək. Bununla da “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 30 mindən çox olacaq.
Diqqətə çatdırılıb ki, Ağdam rayonunun məktəbliləri 4 gün ərzində ölkəmizin cənub rayonlarında çox maraqlı ekskursiyalar gözləyir. Lənkəran, Masallı və Astara rayonları ilə tanışlıq şagirdlərdə yüksək təəssüratlar yaradacaq, dünya görüşlərinin formalaşmasında mühüm rol oynayacaq.
Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzində keçirilən yolasalma mərasimində rayon icra hakimiyyətinin, təhsil şöbəsinin işçiləri və valideynlər məktəblilərə tövsiyələrini verərək, “yaxşı yol” arzulayıblar.
Tur-aksiyada iştirak edəcək şagirdlər avtobusla Lənkəran-Masallı-Astara istiqaməti üzrə yola düşüblər.

Keçidlər