Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ müharibəsi əlilləri üçün Ağdam rayonu ərazisində tikilən fərdi yaşayış evlərinin bir neçəsində artıq işlər yekunlaşıb və sahiblərinin istifadəsinə verilib

17 noyabr 2019 | 11:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri üçün Ağdam rayonu ərazisində tikilən fərdi yaşayış evlərinin bir neçəsində artıq işlər yekunlaşıb və sahiblərinin istifadəsinə verilib. Bu münasibətlə keçirilən açılış tədbirində Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov iştirak etmiş ev sahiblərini təbrik edərək, belə bir mənzillərin tikilib onların istifadəsinə verilməsində ölkə rəhbərliyinin xüsusi rolunun olduğunu vurğulayıb. Qarabağ müharibəsi əlilləri mənzillə təmin olunmalarında dövlət başçısına və onun xanımına xüsusi minnətdarlıqlarını bildirmişlər.

Keçidlər