Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda noyabrda keçiriləcək genişmiqyaslı ağacəkmə kampaniyasına start verilib

15 noyabr 2019 | 11:00

Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da böyük rəğbətlə qarşılanıb. Hazırda rayonda genişmiqyaslı ağacəkmə kampaniyasına start verilib.
Qeyd edək ki, respublikamızda bir gündə 650 min ağac əkilməsi təşəbbüsü ilə əlaqədar Ağdam rayonunda ağac əkiləcək ərazilər müəyyənləşdirilib. Ağaclar rayonun girişindəki Soltanbud təpəsində, Quzanlı-Alıbəyli-Üçoğlan, Quzanlı-Xındırıstan-Qaradağlı, İmamqulubəyli-Qərvənd avtomobil yollarının kənarında əkiləcək. Ümumilikdə rayon ərazisində 10 min ədəd ağac əkilməsi nəzərdə tutulur. Hazırda ağacların əkiləcəyi ərazilər hazırlanıb, su xətlərinin çəkilməsi və digər zəruri hazırlıq işləri görülüb. Noyabrın 15-dən başlayaraq ağacəkmə kampaniyası başlayıb və əkin işləri davam etdirilir.

 

Keçidlər