Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Ağdam rayonunda vətəndaşlarla görüşüb.

15 noyabr 2019 | 11:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, noyabrın 15-də Azərbaycan Respublikasının Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Ağdam rayonunda vətəndaşlarla görüşüb.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin Ağdamın Quzanlı qəsəbəsi Heydər Əliyev Mərkəzində keçirdiyi qəbulda vətəndaşlar tərəfindən Ağdam rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) binasının təmiri və istilik sisteminin qurulması, yeni texnologiyaların kitabxana işində geniş tətbiq olunması məqsədilə kitabxanaların internetlə təmin olunması, Musiqi məktəbinin yeni tədris proqramları, elektron dərsliklər və musiqi alətləri ilə təmin olunması, klub müəssisələrində fəaliyyət göstərən rəqs dərnəkləri rəhbərlərinin bilik və bacarıqlarının artırılması üçün ixtisasartırma kurslarının təşkili barədə müraciətlər səsləndirilib. Sakinlər eyni zamanda Rahib Məmmədov adına Ağdam Rayon Döyüş Şöhrəti Muzeyinin ekspozisiyasının tərtibatına da köməklik göstərilməsi ilə bağlı müraciət ediblər.

Keçidlər