Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda məktəb açılışı olub

07 noyabr 2019 | 11:00

Təhsil nazirinin müavini Firudin Qurbanov Ağdam rayonu I Yüzbaşılı kənd tam orta məktəbinin açılışında iştirak edib.
Açılışdan öncə Təhsil nazirinin müavini Firudin Qurbanov və Ağdam Rayon İcra hakimiyyətinin başçısı Vaqif Həsənov İcra Hakimiyyətinin önündə ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyublar.
Daha sonra Bayraq meydanında Şəhidlər abidəsinin önünə tər güllər düzülüb.

Daha sonra nazir müavini Firudin Qurbanov Ağdam rayon I Yüzbaşılı kənd tam orta məktəbinin açılış mərasimində iştirak edib.
Nazir müavini açılışda çıxış edərək son illər ölkəmizdə məktəb infrastrukturunun yenilənməsi istiqamətində əsaslı işlər görüldüyünü diqqətə çatdırıb. Firudin Qurbanov məktəb tikintisi ilə bağlı görülən işlərdən söz açıb.
Daha sonra məktəb haqqında nazir müavininə məlumat verilib.
Bildirilib ki, məktəb 1991-ci ildən fəaliyyətə başlayıb. Məktəb binası ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə müasir standartlara əsasən yenidən tikilərək istifadəyə verilib. Yeni tədris binası 132 şagird yerlikdir. Hazırda məktəbdə 110 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 31 müəllim məşğul olur. Məktəbdə 12 nəfər məktəbəhazırlıq qruplarında təhsilə cəlb edilib.
Son 3 ildə məktəbə müəllimlərin işə qəbulu imtahanlarında iştirak edərək uğurlu nəticə əldə edən 20 gənc müəllim cəlb edilib. Bu dövr ərzində məktəbi bitirən 6 nəfər ali təhsil müəssisələrinə, 14 nəfər isə kolleclərə qəbul olunub. Məktəbin şagirdlərindən biri Respublika fənn olimpiadasında gümüş medal qazanıb.

Keçidlər