Dövlət qulluğunda fərqlənməyə görə “Tərəqqi” medalının təqdimetməsi olub
Ağdam rayon İcra Hakimiyyətində Dövlət qulluğunda göstərdiyi xidmətlərə və uzun müddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüş rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Mirzəyev Nurəddin Hümbət oğluna mükafatın təqdimetməsi keçirilib. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov mükafata layiq görülməsi münasibətilə Nurəddin Mirzəyevi təbrik etdi. Bildirdi ki, belə bir mükafata layiq görülmək təkcə ona yox rayon İcra Hakimiyyətinin bütün əməkdaşlarına verilən dəyərin göstəricisidir. Daha sonra təltifçi Nurəddin Mirzəyev çıxış edərək “Tərəqqi” medalına layiq görüldüyü üçün ölkə prezidenti cənab İlham Əliyevə və rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova öz dərin təşəkkürünü bildirdi. O, qeyd etdi ki, əməyinə verilən belə yüksək qiymət onun məsuliyyətini birə on artıracaqdır. Tədbirin sonunda mükafat sahibinə təqdim olundu.