Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun İkinci Alıbəyli köçkün qəsəbə sakinləri ilə növbəti səyyar-qəbul görüşü keçirilib.

16 oktyabr 2019 | 11:00

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənovun İkinci Alıbəyli köçkün qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib
Qəbulda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Ərazi təşkilat məsələləri üzrə şöbəsinin sektor müdiri Əflatun Rufiyev, hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi səyyar-görüşdə rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması yönündə görülən işlərdən danışılıb. Çıxış edən Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Ərazi təşkilat məsələləri üzrə şöbəsinin sektor müdiri Əflatun Rufiyev və Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən tədbirlər, islahatlar, sosial sahədə imzaladığı sərəncamlar barədə geniş çıxış edərək, əhalinin problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd ediblər. Qəsəbə sakinlərindən Nəsibov Nazim Nəsib oğlu, Məmmədov Maqsud Saday oğlu, Sadıqova Səadət İmdad qızı, Nəsirov İsrayıl Qurban oğlu, Rüstəmov Baxış Abbas oğlu və başqaları əhalinin həyat şəraiti, rayonda gedən sosial-iqtisadi inkişafdan köçkün qəsəbələrinin də daim diqqət mərkəzində saxlanılmasından razılıqlarını ifadə edərək bəzi problemlərinin olması barədə məlumat veriblər. Sakinlər çıxışlarında qəsəbədə içməli su xəttlərinin dəyişdirilməsinə, həyətlərini suvarmaq üçün suvarma suyunun olmaması, qəsəbə tam orta məktəbinin təmir olunmasına, qəsəbəyə telefon xəttinin çəkilməsinə, sosial məsələlər və digər şəxsi problemlərin həll olunmasına ehtiyaclarının olduğu diqqətə çatdırılıb.
Vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsi rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov tərəfindən yerində həll edilmiş, digər məsələlərin həlli istiqamətində isə əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerində göstərişlər verilərək onların həlli nəzarətə götürülmüşdür.

Keçidlər