Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Müəllimlər Günü Ağdamda qeyd olunub

03 oktyabr 2019 | 11:00

Ağdam rayonunun təhsil müəssisələrində gənc nəslin təlim-tərbiyəsi ilə 4710 nəfər müəllim məşğul olur. Bu il Təhsil Nazirliyi tərəfindən mərkəzləşmiş qaydada aparılan müsabiqədən keçən 70 gənc müəllim rayonun məktəblərində pedaqoji fəaliyyətə başlayıb.
Bu barədə Ağdam rayonunda 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən tədbirdə məlumat verilib. Rayonun təhsil işçiləri əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi önünə tər gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov, təhsil şöbəsinin müdiri Mətanət Misirxanova və başqaları çıxış edərək, müəllimləri əlamətdar gün münasibətilə təbrik edib, təhsilə göstərilən diqqət və qayğıdan, rayon müəllimlərinin qazandığı uğurlardan danışıblar. Çıxışlarda bildirilib ki, rayonun builki məzunlarından 538 nəfər ali məktəblərə qəbul olub. İmtahanlarda 23 nəfər 600-dən yuxarı, 85 nəfər isə 500-600 arası bal toplayıb.
Tədbirdə bir qrup qabaqcıl təhsil işçisinə fəxri fərman təqdim olunub.

Keçidlər