Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonunda Beynəlxalq Ahıllar Günü qeyd edilib

01 oktyabr 2019 | 11:00

Hər il oktyabr ayının 1-də  dünyanın bir çox ölkələri Beynəlxalq  Ahıllar gününü qeyd edirlər. BMT-nin Baş Məclisi 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib. Həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qəbul edilib,
Əlamətdar günlə əlaqədar Ağdam Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə  rayonun ahıl olan vətəndaşlarının bir qrupu ilə görüş keçirilib. Tədbirdə İcra Hakimiyyətinin Başçısı Vaqif Həsənov yaşlı nəslin nümayəndələrini salamlayıb, onlara uzun ömür, can sağlığı arzulayaraq dövlət tərəfindən hər bir ahıl vətəndaşların diqqət və qayğı ilə əhatə olunduğunu qeyd edib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu iqtisadi-sosial siyasət nəticəsində son illər  pensiya və minimum əmək haqlarının məbləği dəfələrlə qaldırılıb, vətəndaşların sosial müdaifəsinin gücləndirilməsi istiqamətində uğurlu işlər həyata keçirilib.
Ahıllar günü ilə bağlı keçirilən tədbirə dəvət olunanlardan bir neçəsi çıxış edərək rayonda ahıl və belə kateqoriyadan olan insanlarla bağlı görülən işlərdən, onlara göstərilən diqqət və qayğıdan danışıblar
Tədbir nahar süfrəsi ətrafında  “Qarabağ” ansamblının ifasında rəngarəng musiqi nömrələri ilə davam etdirilib.

Keçidlər