Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Bərdə rayonu ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə yaşayan Ağdam sakinləri ilə növbəti qəbul-görüş keçirib.

20 sentyabr 2019 | 11:00

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Bərdə rayonu ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə yaşayan Ağdam sakinləri ilə növbəti qəbul-görüş keçirib.
Azərbaycan Respublikasının Milli Məclisin deputatı Bəxtiyar Əliyev, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi qəbul-görüşdə ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikanın sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən, həyata keçirilən islahatlardan, sosial sahədə imzalanan sərəncamlardan geniş danışılıb. Əhalinin problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğu qeyd edilib.
Qəsəbə sakinlərindən İntiqam Türbəndiyev, Vahid Məmmədov, Afiq Hüseynov, Vüqar Əliyev, Cəmil Baxşəliyev və başqaları əhalinin həyat şəraiti, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan bölgələrin də daim diqqət mərkəzində saxlanılmasından razılıqlarını ifadə edərək bəzi problemlərinin olması barədə məlumat veriblər. Sakinlər çıxışlarında qəsəbədə içməli su, evlə təminat, sosial və digər şəxsi problemlərinin həllinə ehtiyaclarının olduğu diqqətə çatdırılıb.
Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digərlərinin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərləri qarşısında məsələ qaldırılacağını bildirib.

Keçidlər