Ağdamda keçirilən əmək yarmarkasında 51 nəfərə işə göndəriş verilib
18 sentyabr 2019 | 11:00
Ağdam rayonunun Quzanlı qəsəbəsində işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə keçirilən növbəti əmək yarmarkasında 500 boş iş yeri çıxarılıb.
Yarmarkada 16 idarə, müəssisə və təşkilat tərəfindən təqdim olunan iş yerləri üzrə əmək haqqı 250-450 manat məbləğində olub. Gün ərzində yarmarkada 300-dən artıq işaxtaran vətəndaş iştirak edib. Onlardan 51-i öz istəyinə və ixtisasına uyğun işə göndəriş alıb.
Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Milli Məclisin deputatı Bəxtiyar Əliyev yarmarkanın gedişi ilə yerində tanış olub, müraciət edən vətəndaşlara uğurlar arzulayıblar.