Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov İkinci Dördyol köçkün qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib

18 sentyabr 2019 | 11:00

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun İkinci Dördyol köçkün qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib
Azərbaycan Respublikasının Prezidenti  Administrasiyasının Ərazi təşkilat məsələləri üzrə şöbəsinin sektor müdiri  Əflatun Rufiyev, Milli Məclisin deputatı Bəxtiyar Əliyev, hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi səyyar-görüşdə ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikanın sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən,  həyata keçirilən islahatlardan, sosial sahədə imzalanan sərəncamlardan  geniş danışılıb. Əhalinin problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğu qeyd edilib.
Qəsəbə  sakinlərindən Kəmalə Quliyeva, Hüseyn Əhmədov, Rizvan Soltanov, Səhər İbrahimova, Aydın Bədəlov, Şahmar Əliyev və başqaları əhalinin həyat şəraiti,  ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan bölgələrin də daim diqqət mərkəzində saxlanılmasından razılıqlarını ifadə edərək bəzi problemlərinin olması barədə məlumat veriblər. Sakinlər çıxışlarında qəsəbəyə marşurt xəttinin açılmasına, qəsəbə uşaq baxçasının təmir olunmasına, qəsəbədaxili işıqlandırma sisteminin bərpasına, işsizlik və digər şəxsi problemlərinin həllinə  ehtiyaclarının olduğu diqqətə çatdırılıb.
Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digərlərinin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərləri qarşısında məsələ qaldırılacağını bildirib.

 

Keçidlər