Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Musiqi Günü münasibətilə Ağdam Musiqi Kollecində tədbir keçirilib

17 sentyabr 2019 | 11:00

Ağdam Musiqi Kollecində 18 sentyabr - Milli Musiqi Günü münasibətilə konsert proqramı təqdim olunub.
Konsertdən əvvəl çıxış edən Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov Milli Musiqi Gününün əhəmiyyətindən söz açıb.
Vaqif Həsənov bu günün dahi bəstəkar Üzeyir Hacıbəylinin adı ilə bağlı olduğunu söyləyib. Görkəmli bəstəkarın zəngin həyat və yaradıcılığından danışmaqla yanaşı, onun milli Azərbaycan musiqisinin inkişafındakı xidmətlərini xüsusi qeyd edib.
Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Kollecin tələbələrinə və müəllim heyətinə, musiqiçilərə bu ənənələrə daima sadiq qalmağın vacibliyini bildirib.
Digər çıxış edənlər bayram münasibətilə Kollecin müəllim - tələbə heyətini, musiqisevərləri təbrik edərək, Üzeyir Hacıbəylinin ölkəmizin dünyada musiqi diyarı kimi tanınmasındakı rolundan bəhs ediblər. Bildiriblər ki, Üzeyir Hacıbəyli, həm də pedaqoji fəaliyyətlə də məşğul olub. O, musiqi irsimizin tədqiqi ilə yanaşı, gənc milli kadrların yetişməsinə, irəli çəkilməsinə xüsusi önəm verib. Çıxışlardan sonra Ağdam Musiqi Kollecinin musiqi kollektivi konsert proqramı ilə çıxış edib.

 

Keçidlər