Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Abşeron rayonu Mehdiabad qəsəbəsində Ağdamlı məcburi köçkünlərlə növbəti səyyar qəbul-görüş keçirib
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Abşeron rayonu Mehdiabad qəsəbəsində Ağdamlı məcburi köçkünlərlə növbəti səyyar qəbul-görüş keçirib. Görüşdə ümumilikdə 250 nəfərdən çox sakin iştirak edib. Səyyar qəbulda respublikanın və regionun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür səyyar qəbul-görüşlərin önəmli olduğunu bildirdi.
Məcburi köçkün sakinlərdən Tofiq Abbasov, Qərənfil Ocaqova, Zəmanə Həsənova, Zəhra Bağırova, Şikar Ağayev, Şəhid ailəsi Hüsü Şəkəralıyev və başqaları əhalinin həyat şəraiti, ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan qaçqın və məcburi köçkünlərimizin də daim diqqət mərkəzində saxlanılmasından, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək bəzi problemlərin olması barədə də məlumat veriblər. Sakinlər çıxışlarında evlə təmin olunmalarına, məskunlaşdıqları qəsəbədə uşaq baxçasının, xeyir-şər evinin və tibb məntəqəsinin tikilməsinə, məcburi köçkünlərin evlə təmin olunmasına, maddi köməklik və digər şəxsi məsələlərinin həllinə ehtiyaclarının olduğu diqqətə çatdırılıb. Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digərlərinin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərləri qarşısında məsələ qaldırılacağını bildirib.