Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Çullu kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirib.

06 sentyabr 2019 | 11:00

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun Çullu  kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.
Hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi səyyar-görüşdə rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli üçün  həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirmişdir.
Kənd sakinlərindən Ələkbər Allahverdiyev, Vidadi Allahverdiyev, Mailə Allahverdiyeva, Xatirə Ələsgərova və başqaları əhalinin həyat şəraiti,  ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, kəndlərin də daim diqqət mərkəzində saxlanılmasından razılıqlarını ifadə edərək bəzi problemlərinin olması barədə məlumat veriblər. Sakinlər çıxışlarında kəndarası yolların təmirinə, orta məktəbin dam örtüyünün təmirinə, yeni qazılmış subartezian quyusunun elektrik şəbəkəsinə qoşulmasına, kənddə içməli su üçün artezian quyusunun qazılmasına və digər problemlərinin həllinə ehtiyaclarının olduğunu diqqətə çatdırıblar. Çullu kənd sakini Allahverdiyeva Mailə Əvəz qızı 1-ci qrup əlil olan övladının əlil arabası ilə təmin olunmasına köməklik edilməsini xahiş etdi. Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov müraciəti nəzərə alaraq həmin xəstənin əlil arabası ilə təmin olunması üçün dərhal tapşırıq verdi və qəbulun gedişində vətəndaşın müraciəti həll edilərək əlil arabası ilə təmin olundu.
Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov  vətəndaşların qaldırdıqları digər məsələlərin həlli üçün də əlaqədar qurum və təşkilatların rəhbərlərinə tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb.

Keçidlər