Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Şamaxı rayonu ərazisində yerləşən Ağdamlı məcburi köçkünlərlə növbəti səyyar qəbul-görüş keçirib.

30 avqust 2019 | 11:00

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Şamaxı rayonu ərazisində yerləşən Ağdamlı məcburi köçkünlərlə səyyar qəbul-görüş keçirib. Səyyar görüşdə respublikanın və regionun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür səyyar qəbul-görüşlərin önəmli olduğunu bildirdi.
Qəsəbə sakinlərindən Mustafa Mamedzadə, Vaqif Zeynalov, Ramin Eyvazov, Şəhid anası Zərifə Həsənova, Rəsmiyyə Zeynalova, Xəyalə Məmmədova və başqaları əhalinin həyat şəraiti,  ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan qaçqın və məcburi köçkünlərimizin  də daim diqqət mərkəzində saxlanılmasından, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək  bəzi problemlərin olması barədə  məlumat veriblər. Sakinlər çıxışlarında evlə təmin olunmalarına, qaz sayğaclarına yüksək məbləğdə borcların yazılmasına, məskunlaşdıqları inzibati binalarda yerləşən otaqlarının təmirinə, ayrı təsərrüfat olmaq, maddi köməklik və digər şəxsi məsələlərinin həllinə ehtiyaclarının olduğu diqqətə çatdırılıb. Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər həlli vacib problemlərin həll olunması istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə tapşırıqlar verib. Bəzi müraciətlərin həll olunması üçün isə yuxarı orqanlar qarşısında məsələ qaldırılacağı bildirilib.
Qəbuldan sonra rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Ağdamlı məcburi köçkünlərin kompakt məskunlaşdığı İnternat məktəbinin yataqxanasında olmuş, köçkünlərin vəziyyəti ilə maraqlanmışdır. Məcburi köçkün sakinlər onların yaşayış şəraiti ilə maraqlandığı üçün Rayon İcra Hakimiyyətinin başçısına təşəkkürlərini bildirmişlər.

Keçidlər