Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Qəbələ rayonu ərazisində məskunlaşan Ağdamlı məcburi köçkünlərlə növbəti səyyar qəbul-görüş keçirib.

24 avqust 2019 | 11:00

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Qəbələ rayonu ərazisində məskunlaşan Ağdamlı məcburi köçkünlərlə səyyar qəbul-görüş keçirib. Səyyar görüşdə respublikanın və regionun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür səyyar qəbul-görüşlərin önəmli olduğunu bildirdi.
Məcburi köçkün sakinlərdən Zabil Əliyev, Ağakişi Allahverdiyev, Cəmilə Abbasova  və başqaları əhalinin həyat şəraiti,  ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan qaçqın və məcburi köçkünlərimizin  də daim diqqət mərkəzində saxlanılmasından, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək  bəzi problemlərin olması barədə də məlumat veriblər. Sakinlər çıxışlarında  evlə təmin olunmalarına, məskunlaşdıqları qəsəbəyə gedən yolun təmir olunmasına və qəsəbənin istilik sistemi ilə təminatına, maddi köməklik və digər şəxsi məsələlərinin həllinə ehtiyaclarının olduğu diqqətə çatdırılıb. Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digərlərinin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerində tapşırıqlar verərək və onların həllini nəzarətə götürüb.

 

 

Keçidlər