Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Qasımbəyli qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirib

22 avqust 2019 | 11:00

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun Qasımbəyli qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib
Qəbulda Azərbaycan Respublikasının Prezidenti  Administrasiyasının Ərazi təşkilat məsələləri üzrə şöbəsinin sektor müdiri  Əflatun Rufiyev, hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi səyyar-görüşdə rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən Azərbaycan Respublikasının Prezidenti  Administrasiyasının Ərazi təşkilat məsələləri üzrə şöbəsinin sektor müdiri  Əflatun Rufiyev və icra başçısı Vaqif Həsənov ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən tədbirlər, islahatlar, sosial sahədə imzaladığı sərəncamlar barədə geniş çıxış edərək,  əhalinin problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd ediblər.
Qəsəbə  sakinlərindən Minayə Cəfərova, Rövşən Şıxıyev, Rəfiqə Cəfərova, Fəridə Nəsibova, Aqil Məmmədov və başqaları əhalinin həyat şəraiti,  ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan kəndlərin də daim diqqət mərkəzində saxlanılmasından razılıqlarını ifadə edərək bəzi problemlərinin olması barədə də məlumat veriblər. Sakinlər çıxışlarında qəsəbədaxili yolların təmir olunmasına, qəsəbədə uşaq baxçasının tikilməsinə, qəsəbədaxili işıqlandırma sisteminin bərpasına, işsizlik və digər şəxsi problemlərinin həllinə  ehtiyaclarının olduğu diqqətə çatdırılıb.
Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov  vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verib, onların həlli üçün verilən göstərişlər nəzarətə götürülüb.

Keçidlər